Icma.az bildirir, Bakupost portalına istinadən.
Xalq artisti Könül Xasıyevanın pubda səhnə alması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
"Bakupost" xəbər verir ki, müğənninin bu məkanda çıxış etməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
İzləyicilər paylaşımda "Sənətkarlarımız bu cür yerlərdə oxuyursa, deməyə söz yoxdur", "Könül xanımı bu cür məkanlarda oxuyacaq duruma salanlar utansın", "Könül xanıma uyğun yer deyil" kimi rəylər yazılıb.
Mənfi rəylərdən sonra pub paylaşımın şərh bölməsini bağlayıb.