Könüllü DOST proqramının könüllüləri Ali Məhkəmədə olublar

26.09.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 26 sentyabr, AZƏRTAC

DOST Agentliyinin "Könüllü DOST" proqramının könüllüləri növbəti “Açıq qapı” günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmədən məlumat verilib.

Könüllülər Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Vüsalə Baxışova könüllülərə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda könüllülər xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью