Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 954 milyon 643 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 651 milyon 761 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 27,7 % çoxdur.
Beləliklə, 10 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 68,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 61,5 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 255 milyon 973 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772 milyon 602 min manat təşkil edib. Bu isə illik müqayisədə 24,2 % çoxdur.
10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.
XXX
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 301 milyon 330 min manat sığorta haqqı toplanılıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 120 milyon 841 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 7,8 % çoxdur.
Beləliklə, 9 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 40,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 39,6 manat olub.

© Report