Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
6 noyabr tarixdə “Könüllülük pedaqogikasının öyrənilməsi” layihəsi çərçivəsində sonuncu tədbir – “Könüllülük: cəmiyyəti təkmilləşdirmək, özümüzü inkişaf etdirmək” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda layihənin rəhbəri, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov giriş sözü ilə çıxış edərək deyib ki, könüllülük, həyatın əsas dəyərlərindən biridir və hər bir cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir.
Könüllü fəaliyyətlər, insanlara kömək etmək, cəmiyyətə fayda vermək və özümüzü inkişaf etdirmək üçün əvəzsiz bir vasitədir.
Könüllülük, cəmiyyətdə birliyi və həmrəyliyi təşviq edir və hər bir fərdin həyatına müsbət təsir göstərir.
Xüsusilə gənclərin könüllülük fəaliyyətlərində iştirakı çox vacibdir.
Gənclərimiz, öz enerjisi və yenilikçi ideyaları ilə cəmiyyəti təkmilləşdirmək və özlərini inkişaf etdirmək üçün böyük potensiala malikdirlər.