Könülün ƏN BÖYÜK ARZUSU: “Əhd eləmişəm ki…” Yeni Çağ Media

23.12.2024

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Əhd eləmişəm, oğlumun toyuna kim gəlsə, deməyəcəyəm ki, səni çağırmamışam, niyə gəlmisən”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Könül Kərimova “İzzət şou”da deyib.

Sənətçi oğlun evləndirəcəyi günün həsrəti ilə yaşadığını bildirib:

“El-aləmin toyunu edirsən, gəlin köçürürsən, amma sənin özünə çatanda o qədər çətinik çəkirsən ki… Oğlumun toyunu o qədər həsrətlə gözləyirəm ki… İndidən deyirəm, onun toyuna hamı dəvətlidir. Əhd eləmişəm, oğlumun toyuna kim gəlsə, deməyəcəyəm ki, səni çağırmamışam, niyə gəlmisən? Övladlar xoşbəxt olanda valideynlər də xoşbəxt olur. 10 il əvvəl mənə sual versəydilər ki, arzun nədir, bəlkə də tamam fərqli bir arzu deyərdim. Amma bu gün ən böyük arzum övladlarımın xoşbəxt olmasıdır”.

Nehru

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью