Konvertoplan digər dronları üstələyir

16.10.2025

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


ABŞ-nın məşhur aviaşirkəti "Boeing" yeni nəsil döyüş konvertoplan dronlarını təqdim edib. Şirkət öncə ilk nümunəni, özü idarə olunan, eləcə də "AH-64 Apache" üçün "ən aparıcı qüvvə" sayılan "Collaborative Transformational Rotorcraft" adlı dronunu nümayişə çıxarıb.
Reyting.az
xəbər verir ki, Arlinqtonda keçirilən "AUSA" sərgisində nümayiş etdirilən "CxR"-in ilkin təsvirləri göstərilib. Məlum olub ki, yeni layihədə ən azı iki tip dron işlənməklə yanaşı, həm də "V-22 Osprey" təcrübəsindən istifadə edilir.
Mütəxəssislər bildiriblər ki, modul dizayn müxtəlif tapşırıqlara uyğunlaşdırılmağa imkan verəcək. Eyni zamanda, bütün aparatların tamamilə avtonom olması və yeni modeldə pilotlu rejimin nəzərdə tutulmadığı vurğulanıb.

Dronlar yüksək qanadlı, V-formal quyruqlu və bir turbovintli mühərriklə, həmçinin iki əyilə bilən vintlə işləyən konfiqurasiyaya malikdir. Mütəxəssislərin qiymətləndirməsinə görə, dronun maksimum uçuş kütləsi 2,2–3,1 t, faydalı yükü isə missiyadan, eləcə də məsafədən asılı olmaqla, 900 kiloqramadək olacaq.
Bu yeni "Collaborative Transformational Rotorcraft" adlı dronlar nəslinə aid olan belə konvertoplanlar mini-dronlar, həm də kəşfiyyat, zəiflətdirici vasitələr də daxil olmaqla, müxtəlif silah və avadanlıqlar da daşıya biləcəklər.
Oqtay QORÇU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью