Konyada 2 uşaq yanaraq ölüb

17.04.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Konyada dördmərtəbəli yaşayış binasında yanğın baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Meram rayonu, Sahipata məhəlləsində, Dursun Fakıh küçəsində yerləşən dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.

Bildirilib ki, naməlum səbəbdən baş verən yanğında evdə olan iki uşaq yanaraq ölüb: "4 nəfər isə xilas olunub. Yanğının səbəbləri araşdırılır".

Firudin Səfərli
MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью