Konyada mebel fabrikində yanğın

09.06.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

Türkiyənin Konya şəhərində mebel fabrikində naməlum səbəbdən yanğın baş verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konya Böyükşəhər Bələdiyyəsi Yanğınsöndürmə İdarəsinin əməkdaşı Mehmet Tekeli alovla mübarizə apararkən ağır yaralanıb. Xəstəxanada edilən bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Konya Böyükşəhər Bələdiyyə başçısı Uğur İbrahim Altay sosial şəbəkə hesabında yanğınla bağlı paylaşım edib:

"Karatay rayonumuzda yanğına müdaxilə edərkən yaralanan qəhrəman yanğınsöndürənimiz Mehmet Tekeli xəstəxanada şəhid oldu. Şəhidimizə Allah rəhmət eləsin, ailəsinə və həmkarlarına başsağlığı, səbir diləyirəm. Məkanı cənnətə olsun".

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью