Köp deyib keçməyin! Ağır xəstəliklərin simptomu ola bilər

14.10.2026

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Bir çox hallarda köpün səbəbi qidadır. Lakin köp xroniki xarakter alıbsa və qidalanmada dəyişikliklər etdikdə keçmirsə bu artıq çox ciddi xəstəliyin simptomu ola bilər.

Xüsusilə də köpdən əlavə insanı qarında ağrı, ishal və ya qəbizlik, qusma və s. kimi pozulmalar narahat edirsə.

Saglamolun.az bildirir ki, xroniki köp bu kimi xəstəliklərin simptomu ola bilər:

- Disbakterioz, qurd xəstəlikləri - köp+ishal

- Kron xəstəliyi, bağırsaq keçməməzliyi, qadın xəstəlikləri (mioma, yumurtalıq xərçəngi və s. ) – köp + qarında ağrılar

- Qastrit – köp+qıcqırma+ürək bulanması

- Öd daşı və qaraciyər xəstəlikləri – köp + ürəkbulanmasi + sarılıq + ishal

- Nazik bağırsaq xəstəlikləri – köp + ağrılar + qarında qurultu.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью