Köpək balığı turistlərə hücum etdi

30.12.2024

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Misirin Marsa Alam kurortunda köpək balığı iki turistə hücum edib.

"Unikal" xəbər verir ki, bu barədə Misirin Ətraf Mühit Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, turistlərdən biri sağ qalsa da, ikincisini xilas etmək mümkün olmayıb. Açıqlamada faciənin naviqasiya zonasından kənarda baş verdiyi bildirilir.

Ağarza Elçinoğlu 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью