Köpəkbalığı hücumu BAŞLADI

06.05.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin Kaliforniya ştatı köpəkbalığı hücumu ilə üzləşib.

“Cebheinfo.az” xəbər verir ki, buna səbəb ekvatorial Sakit Okeanda dəniz səthinin qeyri-adi dərəcədə yüksək temperaturuna səbəb olan “El Nino” hava fenomenidir.

Belə ki, “El Nino” Cənubi Kaliforniya sahillərində havanı istiləşdirdikcə, bölgəyə daha çox köpəkbalığının köç etməsi gözlənilir.

Dəniz bioloqu Kris Lounun sözlərinə görə, cənub sahillərində çoxalmağa üstünlük verən böyük ağ köpəkbalığı və çəkicbaş köpəkbalığı kimi bəzi növlər temperaturun artması səbəbindən şimala gedir. Pələng köpəkbalığı kimi cənub növləri isə sahildə qalır.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью