Köpəkbalığı iPhoneu uddu: Yırtıcının qarnından unikal görüntülər

22.11.2024

Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Köpəkbalığı "iPhone"u uddu: Yırtıcının qarnından unikal görüntülər

Bahamalarda köpəkbalıqlarının yemlənməsi zamanı baş verən gözlənilməz hadisə okeanın ən təhlükəli yırtıcılarından birinin mədəsindən unikal görüntülər əldə edilməsinə səbəb olub. Belə ki, sukeçirməyən üzlükdə olan "iPhone" ilə çəkiliş aparan dalğıc təsadüfən cihazı əlindən salıb və telefon dərhal köpəkbalıqlarından biri tərəfindən udulub.

Oxu.Az xəbər verir ki, bu barədə news.ru məlumat yayıb.

İnanılmaz olsa da, smartfon köpəkbalığının daxilində belə video çəkməyə davam edib.

Həmin kadrlar sosial şəbəkələrdə böyük maraq doğurub və istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью