Köpəkbalığı kişini ayağından DİŞLƏDİ

14.08.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İrlandiya sahillərində balıqçıların olduğu kiçik qayıqda köpəkbalığı hücumu baş verib.

Redaktor.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, hadisə zamanı qayıqda beş nəfər olub. Balıqçıların təsadüfən mavi köpəkbalığı tutduğu və heyvanın onlardan birinin ayağından dişlədiyi bildirilir.

Yaralanan kişi xəstəxanaya çatdırılıb. Onun həyatının təhlükədə olmadığı, digər şəxslərin isə xəsarət almadığı qeyd edilib.

Mavi köpəkbalıqları əsasən isti və mülayim sularda yaşayır. Onlar insanlara qarşı adətən təhlükəli hesab edilmir və belə hücumlar nadir hallarda baş verir.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью