Köpəkbalıqları lal hesab edilirdilər, lakin gözlənilmədən danışmağa başladılar | Icma.az
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yeni Zellandiyada aparılan tədqiqat zamanı alimlər ilk dəfə köpəkbalıqlarının səs çıxardıqlarını aşkarlayıblar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə tədqiqatın nəticələri "Live Science" portalında dərc olunub.
Riff köpəkbalıqları ("Mustelus lenticulatus") su altında toxunulduqda aydın və təkrarlanan "çıqqıltılar" çıxarırlar.
Alimlər bu səslərin qorxu və ya müdafiə refleksi ilə bağlı ola biləcəyini bildirirlər.
Tədqiqatın müəllifi Karolin Niderin sözlərinə görə, bu, köpəkbalıqlarında ilk dəfə qeydə alınmış aktiv səsçıxarma halıdır.
Uzun illər boyu onların lal olduğu düşünülürdü, çünki onların səs yaratmaq üçün üzgəcləri və ya hava kisəcikləri yoxdur.
Alimlər bu səslərin köpəkbalıqların dişlərindən çıxa biləcəyini düşünürlər.
Tam oxu
Xəbəri oxu