Koreya 43 Çin əsgərinin qalıqlarını qaytardı

28.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Cənubi Koreya 1950-1953-cü illər arasında baş verən Koreya müharibəsində həlak olan 43 Çin əsgərinin qalıqlarını Pekinə qaytarıb.

"Cebheinfo.az" xəbər verir ki, Çinin Sinxua agentliyinin xəbərinə görə, Çin Könüllü Ordusunda döyüşən 43 Çin əsgərinin qalıqlarını Cənubi Koreya tərəfindən geri qaytarılıb.

Bildirilib ki, əsgərlərin sümükləri Çinin şimal-şərqindəki Liaonin əyalətinin inzibati mərkəzi olan Sinyan şəhərindəki hərbi qəbiristanlıqda basdırılacaq.

Xəbərə görə, Cənubi Koreya 2014-cü ildə imzalanan layihə çərçivəsində indiyədək 981 Çin əsgərinin qalıqlarını geri qaytarıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью