Koreya əsgəri üç rus əsgərini güllələyib

29.12.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şimali Koreya hərbçilərinin iştirakı ilə daha bir faciəvi insident Kursk vilayətində baş verib.

Eyni vaxtda 50-yə yaxın döyüşçünün döyüşə çıxdığı anda faciə olub.

“Cebheinfo.az” xəbər verir ki, onların arxasında geri çəkilməyi əhatə edən və KXDR hərbçilərinin döyüş meydanından qaçmamasını təmin edən rusiyalı hərbçilər olub. Bəzi məqamlarda Şimali Koreya bölməsi itkilər verməyə başlayıb. Düşmən artilleriya və dronlarla hücuma keçib. Koreyalı hərbçilərin bir qismi geri qayıtmaq qərarına gəlib və bu zaman rus əsgərləri ilə qarşılaşıblar. Rusiyalı və koreyalılar bir-birinin dilini başa düşmədiyinə görə Şimali Koreya əsgərlərindən biri uzaq məsafədən üç əsgəri vurub.

Məlumata görə, indi həmin əsgər həbsdədir. “Amma mahiyyətcə onu cəzalandırmağın növbəti hücuma göndərməkdən başqa yolu yoxdur”,-deyə yerli mtəbuat yazır.

Xəzər
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью