Koreya F 35 i yalançı hədəf ə çevirdi Video

16.04.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cənubi Koreyanın müdafiə şirkəti “WooriByul” mobil saxta hədəf sistemini nümayiş etdirən videomaterial yayımlayıb.

Axar.az xəbər verir ki, bu sistem ABŞ istehsalı olan F-35 qırıcı təyyarəsini təqlid edir və cəmi bir neçə dəqiqə ərzində qoşqudan tamölçülü təyyarə surətinə çevrilə bilir.

“WooriByul” bu sistemi düşməni çaşdırmaq və onu bahalı döyüş sursatlarını saxta hədəflərə sərf etməyə təhrik etmək məqsədilə yaradıb”, — “Naked Science nəşri yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью