Koreya hökuməti hərbi vəziyyətin ləğvinə razılıq verib

04.12.2024

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Koreya Respublikası hökuməti ölkə prezidenti Yun Seok-Yeolun hərbi vəziyyətin aradan qaldırılması təklifi ilə razılaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Daha əvvəl dövlət başçısı parlamentin qərarını qəbul etməklə hərbi vəziyyəti ləğv edəcəyini bildirmişdi və onların əksəriyyəti bu varianta səs vermişdi.

Agentliyin məlumatına görə, hərbi vəziyyətin tətbiqində iştirak edən Cənubi Koreyanın bütün hərbi qulluqçuları daimi dislokasiya yerlərinə qayıdıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью