Koreya ordusu Kurskda xeyli itki verdi | Icma.az
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Federasiyasının Kursk vilayətində cəbhəyə göndərilən Şimali Koreya qoşunları Ukrayna Müdafiə Qüvvələri ilə döyüşdə ilk itkilərini verib.
Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan ukraynalı rəsmi bildirib.
O deyib ki, qızğın döyüşlər olmayıb və ehtimala görə, Ukrayna Silahlı Qüvvələrinin müdafiəsində zəif cəhətləri aşkar etmək məqsədi daşıyıb.
O qeyd edib ki, KXDR əsgərləri Rusiyanın 810-cu əlahiddə dəniz piyada briqadası ilə birgə döyüşüb.
NYT yazır ki, hərbi toqquşmanın nə vaxt baş verdiyi hələ məlum deyil. Ukrayna rəsmisi itkilər barədə heç bir məlumat verməyib.
Eyni zamanda, anonim bir amerikalı rəsmi qeyd edib ki, xeyli sayda Şimali Koreya hərbçisi öldürülüb.
Nəşrin yazdığına görə, Rusiya Federasiyasına göndərilən KXDR ordusunun əsas hissəsi hələ döyüş əməliyyatlarında iştirak etməsə də, Qərb və Ukrayna rəsmiləri onların döyüş meydanında görünməsini "əhəmiyyətli eskalasiya” adlandırıblar.
Tam oxu
Xəbəri oxu