Koreya prezidenti istefa verə bilər

06.12.2024

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Cənubi Koreyada hakimiyyətdə olan “Vətəndaş Gücü” partiyasının lideri Han Donq-Hun prezident Yoon Seok-Yolun ləğv etdiyi hərbi vəziyyətin elanı zamanı tanınmış siyasətçilərin həbsinə göstəriş verdiyi barədə ortaya çıxan məlumatlardan sonra xalqa çağırış edib.
Reyting.az
xəbər verir ki, bu barədə “Yönxap” agentliyi məlumat yayıb.
Han Donq-Hun deyib ki, dövlət başçısının səlahiyyətlərinin icrasından ən qısa zamanda azad edilməsi ilə bağlı prosesə start verilib. Han Donq-Hun aşkar edilmiş yeni faktları nəzərə alaraq, prezident Yoon Seok-Yolun dərhal istefaya göndərilməsinin zəruriliyinə əminliyini bildirib.
E. KAMAL

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью