Koreya prezidentinə qarşı impiçment başlayır

04.12.2024

Icma.az, Axar.az saytına istinadən bildirir.

Cənubi Koreyada müxalifət dekabrın 4-də prezident impiçmenti proseduruna başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Cənubi Koreya prezidentinin impiçmenti ilə bağlı parlamentdə səsvermə dekabrın 6 və ya 7-də keçirilə bilər”, - məlumatda deyilir.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol Şimali Koreyanın ölkənin daxili işlərinə müdaxiləsinin qarşısını almaq və konstitusiya quruluşunu qorumaq üçün hərbi vəziyyət elan etmişdi. Hərbi vəziyyət altı saat davam etdikdən sonra müxalifətin və xalqın tələbi ilə ləğv edildi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью