Koreya prezidentinə qarşı impiçment uğursuz oldu

07.12.2024

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Cənubi Koreya prezidenti Yun Sok-Yolun impiçmenti üçün səsvermə uğursuz nəticələnib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, impiçment elan olunması üçün lazım olan səs çoxluğu təmin olunmayıb. Buna səbəb isə hakim partiyanın 3 üzvü xaric digərlərinin səsvermədə iştirak etməməsi olub. Prosesin baş tutması üçün 300 deputatdan 200-nün səsinə ehtiyac duyulurdu. Müxalif partiya tərəfdarı olan 192 deputatın hamısı impiçmentin lehinə səs verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью