Koreya prezidentinin impiçment səsverməsinin vaxtı açıqlandı

05.12.2024

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Koreya Respublikası Milli Assambleyasında çoxluğa nəzarət edən “Toburo” demokratik partiyası dekabrın 7-də prezident Yun Sok Yolun impiçmenti ilə bağlı təklifə səs vermək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Partiyadan bildirilib ki, dekabrın 7-də saat 19:00 radələrində impiçmentlə bağlı səsvermənin keçirilməsi qərara alınıb. Təşəbbüs təsdiqlənərsə, işə Konstitusiya Məhkəməsi baxacaq.

İmpiçment sənədi yerli vaxtla dekabrın 5-də gecə yarısından sonra plenar iclasa təqdim olunduğundan, səsvermənin artıq dekabrın 6 və ya 7-də keçiriləcəyi gözlənilirdi.

Hüquqi qaydalara görə, səsvermə plenar iclasdan sonra 24 saatdan tez, lakin 72 saatdan gec olmayaraq keçirilməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью