Koreya qoşunları Kursk döyüşündə ciddi itki verir

18.12.2024

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Rusiyanın Kursk vilayətində yerləşdirilən Şimali Koreya qoşunları Ukrayna hərbçiləri ilə toqquşmalarda xeyli itki verib.
Reyting.az
-ın məlumatına görə, bu barədə “Bloomberg” nəşri ABŞ rəsmilərinin bəyanatına istinadla yazıb.
Bildirilir ki, ukraynalıların yeni düşmənlərinin komanda və idarəetmə mərkəzlərinə uğurlu hücumu nəticəsində Şimali Koreya qoşunları demək olar ki, hər bir rütbədə itki verib.
Rəsmilər itkin düşənlər, ölənlər və yaralananlarla bağlı konkret rəqəmlər açıqlamayıblar.
Eyni zamanda onların fikrincə, Ukrayna qoşunları çox güman ki, Kursk vilayətində ən azı bir neçə ay dayana biləcək, lakin bu, “asan olmayacaq”.
Rəsmilər həmçinin qeyd edirlər ki, KXDR ordusu xüsusi əməliyyat qüvvəsi olsa da, Rusiyaya gələnə qədər hələ döyüşlərdə iştirak etməyib və bu, itkilərin səviyyəsini izah edə bilər.
ELÇİN

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью