“Koreya səfiri kuboku”nda iştirak edəcək taekvondoçuların sayı açıqlanıb

05.09.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Sentyabrın 6-da keçiriləcək taekvondo üzrə ənənəvi “Koreya səfiri kuboku”nda iştirak edəcək taekvondoçuların sayı açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyası (ATF) və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq turnirdə yarışda ümumilikdə 35 klubdan 145 idmançı iştirak edəcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda təşkil olunacaq yarışda 2008, 2009 və 2010-cu il təvəllüdlü gənc oğlanlar (48 kq, 55 kq, 63 kq, 73 kq, +73 kq) və qızlar (44 kq, 49 kq, 55 kq, 63 kq, +63 kq) olimpiya çəki dərəcələri üzrə mübarizə aparacaqlar.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью