Koreyada çevriliş cəhdi: Müxalifət hərəkətə keçdi | Icma.az
Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır. Cənubi Koreya prezidenti Yun Sok Yol müxalifətə təslim olmaq istəmir, istefa verməy
Halbuki dövlət başçısı bir müddət əvvəl hərbi vəziyyət elan etdiyinə və yaranmış narahatlığa görə xalqdan üzr istəmişdi.
Buna baxmayaraq, Koreya lideri hərbi vəziyyətin tətbiqi qərarının düzgün olduğunu və bununla hökumətin işini normallaşdırmaq məcburiyyətində qaldığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə o da qeyd olunur ki, prezident parlamentin fövqəladə vəziyyətin ləğvi ilə bağlı qərarına hörmətlə yanaşıb və bundan sonra hərbçilər kazarmalara qayıdıblar: “Mövcud vəziyyətə görə prezidentlə yanaşı, müdafiə naziri də hədəf seçildi.
Cənub Koreya müxalifəti parlamentdəki səsvermədə prezidenti istefaya göndərmək istəsə də alınmadı.
Çünki hakim fraksiyası iclası tərk edib və kvorum olmadığı üçün parlament prezidentə qarşı impiçment elan edə bilməyib.
İmpiçment alınsaydı belə, məsələ Konstitusiya Məhkəməsində təsdiq olunmalıydı.
Tam oxu
Xəbəri oxu