Koreyalı aktyor evində ölü tapılıb Xəbər saytı Son xəbərlər və Hadisələr

14.11.2024

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Koreya seriallarında oynadığı rollarla məşhurlaşan keçmiş model Cənubi Koreyalı aktyor Song Jae Lim Seulda ölü tapılıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı aktyorun meyitini həmin gün onunla nahar etməyi planlaşdıran dostu aşkar edib.

Ölümü araşdıran polis hadisə ilə əlaqədar cinayət izi aşkar etməyib.

"Bizim ilkin araşdırmamız hələ ki, cinayət əlamətlərini aşkar etməyib. Ailə meyidin yarılmasını istəmədiyi üçün mərhumun cəsədini ailəsinə təhvil verəcəyik", - polis əlavə edib.

Bildirilib ki, standart prosedurlardan sonra ölümün səbəbini araşdıracaqlar.

Xatırladaq ki, Song karyerasına 2009-cu ildə "Aktrisalar" filmi ilə başlayıb.

O, 2012-ci ildə "The Moon Embraces the Sun" dramında kral mühafizəçisi roluna görə geniş şəkildə tanınıb və "We Got Marrie" realiti şousunda çıxışı ilə daha da şöhrət qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью