Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

13.02.2025

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Koreyalı bir qrup alim xərçəng hüceyrələrini normal hüceyrəyə çevirən texnologiyanı təqdim ediblər.
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, verilən məlumata görə, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun alimləri xərçəng hüceyrəsini məhv etmək əvəzinə onu normallaşdırmaq üçün müalicə metodu hazırlayıblar.
Bu üsulla xərçəng hüceyrələri yenidən proqramlanır və normal hüceyrələrə çevrilir.

Sağlam toxumaları zədələyən digər müalicə üsullarının əksinə, yeni hazırlanan bu üsul vasitəsilə xərçəngin inkişafının qarşısının alınması planlaşdırılır.

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью