Koreyalı deputatlar prezidentin impiçmentinə səs vermək üçün hasara çıxıb

03.12.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müxalifət partiyalarından olan deputatlar Cənubi Koreya Prezidenti Yun Sok Yolun impiçmentinə səs vermək üçün parlamentin hasarına çıxıblar.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd edək ki, bundan öncə Cənubi Koreyanın aparıcı müxalifət Demokratik Partiyası “Toburo” parlamentarilərini prezidentin elan etdiyi hərbi vəziyyətlə əlaqədar parlamentə toplaşmağa çağırıb. Deputatlara hərbi vəziyyətin ləğvi prosesinin müzakirəsi və təşəbbüsü ilə bağlı iclasların keçirilməsi tapşırılıb.

Xatırladaq ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью