Koreyalılar cəbhədə ruslara belə mane olur

23.12.2024

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Hazırda Şimali Koreyadan olan 10-12 min döyüşçü Ukraynadakı müharibədə Rusiya tərəfindən iştirak edir”.

Globalinfo.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, “Reaktiv poçt” təşkilatının təsisçisi Pavel Narojnı deyib.

Onun sözlərinə görə, koreyalılar cəbhədə döyüşənlərin təxminən 2 faizini təşkil edirlər:

“Ruslar tərəfində ümumilikdə 500-550 min döyüşçü var, onlardan 10 mini koreyalılardır. Lakin Şimali Koreyanın 1,5 milyonluq ordusu var, yəni 100-150 min hərbçini Ukraynaya göndərməyə qadirdir. Pxenyan əsgərləri ilə bağlı cəbhədə bəzi problemlər var, bunlardan başlıcası dil məsələsidir. Rusların dediyinə görə, hər 100 Şimali Koreya əsgərinə 1-2 tərcüməçi düşür. Bu rəqəm isə çox azdır, yəni döyüşə gedənlərə nəzarət edilmir. Sayları çoxdur, amma döyüş qabiliyyətləri çox aşağıdır. 60-70 ildir passivdirlər, müasir döyüş strategiyasını, PUA-ları bilmirlər”.

Əliyar Xəlil
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью