Körfəz Əməkdaşlıq Şurası husilərin terror təşkilatı elan edilməsini istəyir

19.10.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri Yəməndəki husi üsyançılarının terror təşkilatı elan edilməsini və onlara raket və dronlar əldə etməyə imkan verən hər hansı dəstəyin dayandırılmasını tələb edib.

Məlumatı “Anadolu” yayıb. 

Bəhreynin paytaxtı Manamada ölkənin xarici işlər naziri Əbdüllətif əl-Zəyaninin sədrliyi ilə keçirilən KƏŞ Nazirlər Şurasının 168-ci iclasında üzv dövlətlərin xarici işlər nazirliklərinin rəhbərləri və təşkilatın baş katibi Casim əl-Budaivi iştirak edib. Görüşdən sonra verilən yekun bəyanatda husilərin terror təşkilatı kimi tanınması və onlara beynəlxalq ictimaiyyətin təhlükəsizlik, sülh, inkişaf və rifahı təhdid edən terror təşkilatlarına münasibəti ilə eyni şəkildə davranılması tələb olunur.

Yekun kommünikedə həmçinin ABŞ ilə İran arasındakı böhranı həll etmək üçün dialoqa və diplomatiyaya qayıtmağa çağırış edilib. Sənəddə Hörmüz boğazında təhlükəsizliyin və naviqasiya azadlığının bərpa edilməsinin, eləcə də Körfəz Əməkdaşlıq Şurası ölkələrinin onların təhlükəsizliyinə və maraqlarına təsir edən danışıqlarda iştirakının vacibliyi vurğulanır.

Bəyanatda həmçinin Səudiyyə Ərəbistanı ilə həmrəylik ifadə edilib. Orada vurğulanıb ki, hər hansı bir KƏŞ üzvü olan dövlətə hücum bütün KƏŞ ölkələrinə hücum kimi qəbul edilir.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью