Körfəz Ərəb Dövlətləri vahid turist vizasının tətbiqinə başlayacaq | Icma.az
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qahirə, 4 iyul, AZƏRTAC Yaxın vaxtlarda Körfəz Ərəb Dövlətlərinin vahid turist vizası olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Baş katibi Casim əl-Budeyvi üzv dövlətlərin pasport idarələrinin Baş direktorlarının Ər-Riyadda keçirilmiş 39-cu görüşündə bildirib.Tədbirdə, həmçinin vahid turist vizası ilə bağlı texniki şöbələrin gördüyü işlər müzakirə olunub.
Qeyd edək ki, 2023-cü ildə Əməkdaşlıq Şurasının üzvləri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Bəhreyn, Küveyt və Oman Şengen zonası modelində vahid viza zonasının yaradılması qərarına gəliblər.Şıxəli Əliyev AZƏRTAC-ın xüsusi müxbiriQahirə Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu