Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Məhəmməd Əl-Budaivi Aİ-nin xarici siyasət komissarı Kaja Kallas ilə telefon danışığı aparıb.
KƏŞ-in katibliyindən verilən məlumata görə, tərəflər Körfəz ölkələri ilə Avropa İttifaqının ikinci sammitinə hazırlıq, eləcə də ərəb dövlətləri ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
XQ