Körfəz ölkələrində ərzaq çatışmazlığı riski artır

05.03.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranla bağlı müharibə və Hörmüz boğazında gəmiçiliyin pozulması Körfəz ölkələrində ərzaq təchizatını risk altına salıb.

Bu ölkələr qida məhsullarının təxminən 80–90 faizini xaricdən idxal edir.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki,  ərzağın 70 faizdən çoxu Hörmüz boğazı vasitəsilə gətirilir. 

Müharibə davam edərsə, bölgədə qiymətlərin artması və bəzi məhsulların çatışmazlığı yarana bilər.

Bildirilir ki, Körfəz ölkələri ehtiyat toplasa da, bu ehtiyatlar yalnız bir neçə ay kifayət edə bilər. Bundan sonra isə bazarlarda bahalaşma daha çox müşahidə oluna bilər.

Aişə Abdulova
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью