Körfəz ölkələrindən ABŞ yə çağırış: Əməliyyatları...

17.03.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Körfəz ərəb ölkələri ABŞ-dan İranla müharibəyə başlamasını istəməsə də, hazırda Vaşinqtonu əməliyyatları yarımçıq saxlamamağa çağırır.

Bu barədə Körfəz ölkələrindəki üç mənbə Reuters agentliyinə bildirib.

Mənbələrin sözlərinə görə, region ölkələri İranın Körfəz neft marşrutlarına və bu resurslardan asılı iqtisadiyyatlara təhdid yarada biləcək imkanlarının qalmasını istəmir.

Eyni zamanda, həmin mənbələr, beş Qərb və ərəb diplomatı qeyd edib ki, ABŞ Körfəz ölkələrinə ABŞ-İsrail hərbi kampaniyasına qoşulmaq üçün təzyiq göstərir.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp bu kampaniyaya regional dəstək nümayiş etdirməklə onun beynəlxalq legitimliyini və ölkə daxilində dəstəyi gücləndirməyə çalışır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью