Körfəz ölkələrinin ABŞ dan İranla bağlı tələbi

18.03.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Körfəz dövlətləri ABŞ-dan müharibəni bitirməzdən əvvəl İran rejimini zəiflətməsini istəyir.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Məlumata görə, Körfəz liderləri İranın gələcək hücumlar həyata keçirməsinin qarşısının alınmasında israr edir:

“İranın zərbələrindən və Hörmüz boğazının iş sisteminin pozulmasından əziyyət çəkən BƏƏ, eləcə də bəzi digər Körfəz ölkələri indi Tehran hökumətini düşmən hesab edir. Müharibənin yeganə məqbul nəticəsi İranın zəifləməsi və bir daha qonşularını təhdid edə bilməyəcək dərəcədə gücsüzləşməsi olardı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью