Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Altı körfəz ölkəsi bir viza ilə səyahətə imkan verən Şengenə bənzər yeni sistemi tətbiq etməyə hazırlaşır.
Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini əhatə edən və bu ölkələrin hamısına tək viza ilə giriş imkanı verəcək “Birləşmiş Turist Vizasının” bu ilin sonu və ya 2026-cı ilin əvvəlində qüvvəyə minməsi gözlənilir.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, altı Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv dövlətlər turizmi təşviq etmək və səyahətləri asanlaşdırmaq üçün ümumi viza sistemi tətbiq etməyə hazırlaşır.
Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üçün keçərli olan “Birləşmiş Turist Vizası” ilə ziyarətçilər bu ölkələrə tək viza ilə səyahət edə biləcəklər.
Vahid turist vizası və ya Vahid GCC vizası 2023-cü ildə təsdiqlənib.
Euronews-un xəbərinə görə, bu yeni Şengenə bənzər sistemin 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində tətbiqi planlaşdırılır.
Hazırda səyahətçilər vizadan azad olmadıqları halda hər bir ölkə üçün ayrıca viza üçün müraciət etməlidirlər.