Körfəz ölkələrinin suverenliyinə hörmət edilməlidir Si Cinpin

14.04.2026

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin prezidenti Si Cinpin Yaxın Şərqdə sülh və sabitliyi möhkəmləndirmək üçün dörd maddəlik təklif irəli sürüb.

Sitat.info xəbər verir ki, bu barədə rəsmi Sinxua xəbər agentliyi məlumat verib. 

Sinxua agentliyinin məlumatına görə, Si bu təklifi Əbu-Dabi vəliəhdi Məhəmməd bin Zayed ilə görüşündə paylaşıb. Agentliyin məlumatına görə, təklifdə "dinc birgəyaşayış", "milli suverenlik" və "beynəlxalq qanunun aliliyi" prinsipləri, eləcə də təhlükəsizlik və inkişaf koordinasiyasına ehtiyac vurğulanır.

 Si Cinpin əlavə edib ki, "Yaxın Şərqdə Körfəz ölkələrinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə səmimi hörmət edilməlidir".

Nigar,

Sitat.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью