Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Məlum olduğu kimi, İran-İsrail-ABŞ münaqişəsi 14-cü günündə davam edir və tərəflər arasında qarşılıqlı hücumlar səngimir.
Körfəz ölkələrinin müdafiə nazirlikləri, İran təşkilatları, İsrail ordusu, həmçinin açıq kəşfiyyat və analitik mənbələrə əsaslanan məlumatlara görə, İranla əlaqəli hücumlar zamanı bölgədəki ölkələrə ümumilikdə 3186 raket və dron yönəldilib.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, İranın zərbələrinin əsas hədəfi Birləşmiş Ərəb Əmirlikləri olub. Belə ki, 28 fevral - 11 mart tarixləri arasında BƏƏ ərazisinə 1797 raket və dron atılıb.
Bu, Tehranın Körfəz ölkələrinə qarşı həyata keçirdiyi hücumların təxminən 56 faizini təşkil edir. Statistikaya görə, hücumların miqyasına görə, ikinci yerdə Küveyt 682 raket və dronla, Bəhreyn 285, Qətər 237, Səudiyyə Ərəbistanı 170 və Oman isə 15 raket və dronla hədəfə alınıb.
Hədəf alınan ölkələrin hava hücumundan müdafiə sistemləri raket və dronların böyük hissəsini zərərsizləşdirib, bəziləri isə hədəflərinə dəyib. Xatırladaq ki, 28 fevral tarixində ABŞ və İsrail Tehranla Vaşinqton arasında danışıqların davam etdiyi bir vaxtda İrana hərbi hücuma başlayıb.
İran ABŞ hərbi bazalarının yerləşdiyi və regionda strateji əhəmiyyət daşıyan ölkələrdə - İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn daxil olmaqla bir sıra hədəflərə zərbələr endirib.
ABŞ-İsrail hücumları nəticəsində İranın ali rəhbəri Ayətullah Əli Xameneyi və bir sıra yüksək vəzifəli şəxslər həlak olub. İran rəsmilərinin açıqlamasına görə, hücumlar nəticəsində ölənlərin sayı 1348 nəfərə çatıb, yaralananların sayı isə 17 mini keçib.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin