Korifey sənətkarlarımız 66 il əvvəl Moskvada

24.05.2025

Azpost saytına istinadən Icma.az xəbər verir.

66 il əvvəl SSRİ-nin paytaxtı Moskvada keçirilmiş Azərbaycan Mədəniyyəti günləri öz dövrünün mühüm mədəni hadisəsi idi.

AzPost bildirir ki, həmin günlərlə bağlı çəkilmiş sənədli film uzun illərdən sonra tam variantı yayımlanıb.

“Azərbaycan mədəniyyətinin baharı” sənədli filmini 1959-cu ildə Hüseyn Nəcəfovun ssenarisi ilə rejissorlar Cavanşir Məmmədov və Xan Babayev ekranlaşdırıb. Ekran işi dövrünün xronikası baxımından maraqlıdır.

Kadrlara Azərbaycan mədəniyyət və incəsənətinin məşhur imzalarını görmək mümkündür. Bu sırada korifey sənətkarımız Rəşid Behbudov, xalq artisti Adil İsgəndərov, Mehdi Məmmədov, Ələsgər Ələkbərov, Qara Qarayev və digələri var.

https://www.youtube.com/watch?v=_S2ie6rMGhk

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью