“Koroğlu“ Bilgəh istiqamətində avtobus problemi: “Tələbatı ödəmir“ Video

20.09.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Metronun "Koroğlu" stansiyasından Bilgəh qəsəbəsinə sərnişin daşıyan 150 nömrəli marşrut avtobuslarının fəaliyyəti sakinlərin narazılığına səbəb olub.

Moderator.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, sərnişinlər avtobusların tutumunun az olduğunu və tələbatı ödəmədiyini bildirirlər. Onların sözlərinə görə, marşrut üzrə məsafə uzun, sərnişinlərin sayı isə çoxdur.

Həftəsonu olmasına baxmayaraq, sakinlər dayanacaqlarda uzun müddət avtobus gözləməli olduqlarını deyirlər.

Bəs bu istiqamətdə iritutumlu avtobusların xəttə buraxılması nəzərdə tutulurmu?

"BakuBus" MMC-nin sözçüsü Əsmər Əliyeva bildirib ki, avtobusların marşrut xəttinə buraxılması sərnişin tələbatına uyğun şəkildə tənzimlənir.

Onun sözlərinə görə, sərnişin axını və tələbat mütəmadi olaraq nəzarətdə saxlanılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью