Koroğlu dan Sea Breeze ə ekspres avtobuslar yenidən sərnişin daşıyacaq

17.07.2026

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artması nəzərə alınaraq iyulun 18-dən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini "Sea Breeze" istirahət mərkəzi ilə əlaqələndirən 150E nömrəli ekspres marşrutunun fəaliyyəti bərpa olunur.

Bu barədə BAKU.WS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, həftənin şənbə və bazar günləri metronun "Koroğlu" stansiyasının cənub çıxışından ("Piramida" tərəf) başlanğıcını götürən avtobusların marşrut boyu bir neçə aralıq məntəqədə dayanması təmin ediləcək.

Marşrut üzrə aralıq dayanacaqlar:

- Heydər Əliyev prospekti (Yerüstü piyada keçidi, Bakıxanov qəsəbəsi);

- Bakı Ekspo Mərkəzi (Yeni Suraxanı qəsəbəsi);

- Mərdəkan prospekti (Binə qəsəbəsi);

- Mərdəkan prospekti (Qala yolu ilə kəsişmə);

- 5 nömrəli Bakı Peşə Məktəbi (Buzovna qəsəbəsi);

- Bilgəh Kardioloji Sanatoriyası;

- Bilgəh–Pirşağı yolu (çimərlik ərazisi);

- Sea Breeze 1;

- Sea Breeze 2.

Böyüktutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,90 AZN müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью