“Koroğlu” filmi 65 illiyini qeyd edir | Icma.az
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 22 oktyabr, Tatyana İvanayeva, AZƏRTAC Hər bir xalqın epik poeziyası, şübhəsiz ki, onun ən mühüm ədəbi abidəsidir.
Bu nadir əsərlər əsrlər boyu tarix və qəhrəmanlığı, Vətən sevgisini, milli adət-ənənələri tərənnüm edib.
Yüz illər əvvəl bu cür hekayələr şifahi şəkildə ötürülürdü; zaman keçdikcə, onları kağıza köçürdülər və indi texnologiyanın inkişafı ilə bu qəhrəmanlıq dastanları ekranlarda canlandı...AZƏRTAC xəbər verir ki, Azərbaycan kino tarixinin ən yaddaqalan əsərlərindən biri olan “Koroğlu” filmi 65 illik yubileyini qeyd edir.
Bu ekran əsəri “Mosfilm” kinostudiyası ilə birgə istehsal olunmuş ilk tammetrajlı, genişekranlı və rəngli Azərbaycan bədii filmidir.
“Kommunist” qəzetinin 65 il əvvəl yazdığı kimi, film 1960-cı il oktyabrın 31-də kinoteatrlarda nümayiş etdirilib.
Qəzet həmin il noyabrın 13-də qeyd edirdi: “Artıq bir neçə gündür ki, respublikanın kinoteatrlarında nümayiş etdirilən “Koroğlu” filminə tamaşaçılar böyük maraqla baxırlar.
Bu marağın əsas səbəbi tamaşaçıların xalq qəhrəmanı Koroğluya və filmin əsasını təşkil edən məşhur “Koroğlu” dastanına olan dərin məhəbbətidir”.
Tam oxu
Xəbəri oxu