Koroğlu körpüsündə intihara cəhd edən şəxs xilas edilib Xəbər saytı Son xəbərlər və Hadisələr

07.11.2024

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb.

Bu məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.

Qeyd olunub ki, bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

"Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində intihar etmək niyyətindən çəkinib və o, xilas edilərək aidiyyəti üzrə təhvil verilib", - deyə məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью