Koroğlu” körpüsündə QƏZA: böyük tıxac yarandı

21.07.2025

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda qəza tıxac yaradıb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlum ata görə, Nizami rayonu, Heydər Əliyev propekti, "Koroğlu” körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza səbəbindən Aeroport şosesi, Qara Qarayev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda polis əməkdaşları hadisə yerindədir və qəzada iştirak edən avtomobilin yoldan kənarlaşdırılması işləri görülür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью