“Koroğlu” metrostansiyasının girişində sıxlıq VİDEO KONKRET

19.10.2026

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bu gün səhər metro qatarlarının hərəkətində hər hansı bir problem müşahidə edilməyib”.

KONKRET.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib.

“Səhər saatlarında “Koroğlu” stansiyasının girişindəki sıxlıq da pik saatlarda yaranan adi vəziyyətdir. Narahatlıq üçün heç bir səbəb yoxdur”, – deyə B.Məmmədov bildirib.

Qeyd edək ki, Bakı metrosunun “Koroğlu” stansiyasının girişində sıxlıq müşahidə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью