Koroğlu Təbrizdə səhnəyə çıxarılacaq

13.11.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 26-dan 30-a kimi Təbrizdə Azərbaycan dilində "Koroğlu" tamaşası səhnəyə çıxarılacaq.

Kult.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, Təbrizin Xavəran mədəniyyət kompleksində səhnəyə çıxarılacaq tamaşanın biletlərinin əksəriyyəti satılıb.

Tamaşanın ssenari müəllifi və rejissoru Əsgər (İlqar) Abididir.

Qeyd edək ki, bundan əvvəl yanvar ayının 17-də Urmiya şəhərində də səhnəyə çıxarılan "Koroğlu" tamaşası rəğbətlə qarşılaşmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью