“Koroğlu”da körpüyə çıxıb özünü atacağını dedi Video

07.11.2024

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda kişi asma körpüyə çıxaraq intihar niyyətini nümayiş etdirib.

Gununsesi.info  xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində – “Koroğlu” nəqliyyat qovşağında baş verib.

Naməlum şəxs körpünün asma hissəsinə çıxaraq özünü oradan atacağını bildirib.

FHN-in Mətbuat xidmətindən bildirilib ki, xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb: “Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində intihar etmək niyyətindən çəkinib və o,  xilas edilərək aidiyyəti üzrə təhvil verilib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью