Icma.az, Avtosfer saytına istinadən bildirir. Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb.
Qurumun Mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Avtosfer.az-a bildirib ki, hadisə bu gün səhər saat 5:30-da baş verib.
“İş vaxtı bitirərək “İnşaatçılar” stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də “Koroğlu” stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.
Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb.
Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib”, - B.Məmmədov əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.