Koroğludan Bakı Ekspo Mərkəzinə avtobuslar işləyəcək

19.10.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

XII Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət etmək istəyənlər üçün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bakı Ekspo Mərkəzinə avtobus xidməti təşkil ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XII Bakı Beynəlxalq Kitab Sərgisinə həsr olunan mətbuat konfransında bildirilib.

Qeyd olunub  ki, avtobuslar sərgiyə gələn ziyarətçilərin mərkəzə çatdırılması və geri qaytarılması məqsədilə fəaliyyət göstərəcək.

Tıxac və yol sıxlığı nəzərə alınaraq, bu il avtobusların əvvəlki illə müqayisədə daha çox məntəqədən hərəkətinin təşkili mümkün olmayıb. Bu səbəbdən nəqliyyat xidməti yalnız Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən təmin ediləcək.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью